"Qarabağ"ın sabiq futbolçusu Samuel Armenteros klubunu dəyişib.
Matc.az xəbər verir ki, "Benevento"ya məxsul olan oyunçu karyerasını "Krotone"də davam edəcək. O, B Seriyası təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, 2015-2016 mövsümündə "Qarabağ"ın şərəfini qoruyan isveçli futbolçu Ağdam klubunun heyətində 23 oyuna 7 qol vurub.