"Real Madrid"in braziliyalı futbolçusu Marselo komandada 500-cü oyununu keçirib. Matc.az xəbər verir ki, o, bu göstərici ilə Roberto Karlosun rekorduna çatmaq üzrədir.

Əfsanəvi oyunçu Karlos Madrid təmsilçisində 527 görüşə çıxıb. Bununla da o, komandada ən uzun müddət forma geyinən legioner olub. Ancaq onun həmyerlisi Marselo "Real Madrid"də 27 oyuna daha çıxsa, Karlosun rekorduna şərik olacaq.

2007-ci ildə - 17 yaşında "Kral klubu"na transfer olunan müdafiəçi 13 ildir ki, bu komandada çıxış edir. O, bu müddət ərzində 4 dəfə La Liqa, eynisayda da çempionlar Liqası kuboku qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest