U21 millimizin üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, "Duka" (Praqa) ilə qarşılaşan Jijkov təmsilçisi görüşdən məğlub (2:1) ayrılıb.

Millimizin üzvü bu oyunda iştirak etməyib. Buna səbəb Nəbiyevin xəstələnməsi olub. Fərid Nəbiyev "Viktoriya"nın yanvarın 11-də "Budeyoviç"ə (7:1) qarşı keçirdiyi yoxlama oyununda debüt etmiş və  3 qol vurmuşdu. Həmyerlimiz məhz bu görüşdən sonra xəstələnib. Bu səbəbdən Nəbiyev heyətdən çıxarılıb və növbəti 3 oyunu buraxmalı olub. Hazırda isə onu durumu yaxşıdır. O, komanda ilə məşqlərini bərpa edib.

Qeyd edək ki, Fərid Nəbiyev bu yaxınlarda "Slaviya"dan(Praqa) ayrılaraq "Viktoriya"ya keçmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest