4 gün əvvəl Bakıda Ukrayna yığmasına 0:1 hesabı ilə uduzan Rəşad Sadıqovun yetirmələri yenə meydandan başıaşağı ayrılıb. Hər hissədə 1 qol vuran balkanlılar millimizi 2 dəfə oyuna mərkəzdən başlamağa məcbur edib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində 2-ci oyununu keçirib. Matç.az saytının məlumatına görə, gənclərimiz bu gün Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşıb.

Görüş Zenitsa şəhərində baş tutub. Yığma komandaların təlim-məşq mərkəzində keçirilən matç meydan sahiblərinin xeyrinə başa çatıb.

Belə ki, 4 gün əvvəl Bakıda Ukrayna yığmasına 0:1 hesabı ilə uduzan Rəşad Sadıqovun yetirmələri yenə meydandan başıaşağı ayrılıb. Hər hissədə 1 qol vuran balkanlılar millimizi 2 dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.

Yoxlama görüşü

19 noyabr

Bosniya və Herseqovina – Azərbaycan - 2:0

Qollar: Mulahuseynoviç Nardin, 34, Yuriç Stipe, 73

BOSNİYA VƏ HERSEQOVİNA: 1. Kovaçeviç Vladan, 3. Şabanoviç Halid, 17. Pidro Selmir, 18. Muyakiç Nihad, 5. Şerbeçiç Besim, 10. çavar Mariyan (k), 8. Daniloviç Vladan, 7. Mustedanagiç Zinedin, 19. Boyo Petar, 21. Haydareviç Nermin, 11. Mulahuseynoviç Nardin
Ehtiyat oyunçular: 12. Beşiç Suan, 13. Beqanoviç Amar, 2. Qazibeqoviç Yusuf, 14. çelikoviç Jasmin, 4. Şabanadjoviç Anel, 6. Haydareviç Haris, 20. Brkiç Marko, 23. Lukiç Yovo, 9. Yuriç Stipe, 15. Saviç Milan
Baş məşqçi: Vinko Marinoviç

AZƏRBAYCAN: 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 4. Hüseyin Seyliğli, 11. Bahadur Həziyev, 6. Hacıağa Hacılı (k), 7. Fərid Nəbiyev, 8. Ziya Əzizov, 10. Ozan Can Kökcü, 16. İsmayıl İbrahimli, 20. ömər Buludov, 25. Faiq Hacıyev
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 22. İsmayıl Muradov, 3. Ricat Qarayev, 9. Rövlan Muradov, 5. Əsgər Hüseynov, 13. Əli Sadıqov, 21. Metin Gülər, 18. Murad Xaçayev, 19. Abbas Ağazadə, 23. Süleyman Əhmədov
Baş məşqçi: Rəşad Sadıqov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest