I Divizionda yaranmış fasilə müddətində "Kəpəz" yoxlama oyunu keçirib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "sarı-göylər"in rəqibi Region Liqasında Gəncəni təmsil edən "Qoşqar" olub.

Qarşılaşma Göygöl Olimpiya İdman Kompleksinin stadionunda reallaşıb. Oyun ərzində hər iki komandanın məşqçilər korpusu heyətdəki bütün futbolçuları sınaqdan keçirib. Hesaba gəlincə, Gəncə derbisi "Kəpəz"in böyükhesablı qələbəsi ilə nəticələnib- 12:2.

Qeyd edək ki, tərəflər arasında sentyabrda da yoldaşlıq görüşü keçirilmişdi və həmin oyunda I Divizion təmsilçisi 4:1 hesabı ilə qalib gəlmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest