"Yeni nəsil oyunçular ilk dəfədi bir araya gəlirik və oyuna hazırlaşırıq. Keçdiyimiz hazırlıqda gördüklərimə əsasən deyə bilərəm ki, yaxşı komandamız var". Matç.az saytının məlumatına görə, bunu Bosniya və Herseqovinanın U-21 yığmasının futbolçusu Marian Javar deyib.

"Osiyek"in yarımmüdafiəçisi bu gün təşkil edilən mətbuat konfransında Azərbaycan millisi ilə sabah keçiriləcək yoxlama görüşünə münasibət bildirib. 21 yaşlı oyunçu əvvəlkindən güclü komanda olduqları qənaətindədi: "Bu heyət daha yaxşısını bacaracaq gücdədi. ötən seçmə mərhələnin bəzi oyunlarında yaxşı çıxış etsək də, uğurlu nəticə əldə edə bilmədik. Gənclər yığmasının artıq daha yaxşısını etmək vaxtıdı. Sabah yüksək səviyyəli komanda ilə qarşılaşacağıq. Amma hesab edirəm ki, oyuna daha çox nəzarət etmək və qol buraxmadan qələbə qazanmaq vacibdi".

Qeyd edək ki, Bakı vaxtı ilə 16:00-da başlayacaq görüş Zenitsa şəhərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest