Futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çempionatında 14-cü turun oyunları keçirilib. Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi "Baniyas" da növbəti matçına çıxıb

Futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çempionatında 14-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi "Baniyas" da növbəti matçına çıxıb.
 
Sözügedən klub səfərdə "Ajman"la qarşılaşıb. Almeydanın komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
 
Riçard da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü 76-cı dəqiqədə əvəzlənib.
 
"Baniyas" 14 oyuna topladığı 17 xalla 14 iştirakçı arasında 9-cudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest