"Yığmaya dəvət mənim üçün çox vacibdi. ölkəni təmsil etmək az iş deyil. Millinin formasını geyinmək hər şeydən əvvəl şərəfdi". Matç.az saytı xəbər verir ki, bunu Bosniya və Herseqovinanın U-21 millisinin futbolçusu Vladan Daniloviç deyib.

19 yaşlı yarımmüdafiəçi Azərbaycanın gənclər yığması ilə keçiriləcək yoxlama görüşü ilə bağlı fikirlərini bölüşüb. "Boraç" klubunun üzvü güclü heyətə malik olduqlarını söyləyib: "Hazırda çox yaxşı futbolçulara sahibik. Əminəm ki, bu heyət komandanı Avropa çempionatına daşıya biləcək. Mən isə həm millidə, həm də klubumda özümü təsdiq etmək üçün daim öz üzərimdə çalışıram. Azərbaycanla oyun bizim üçün yeni nəslin başlanğıcıdı. Bu uzun yola zəfərlə başlamaq istəyirik".

Qeyd edək ki, Bosniya və Herseqovina - Azərbaycan görüşü sabah Zenitsa şəhərində baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest