Bu qış fasiləsi dönəmində "Zirə"dən ayrılan Soni Nordenin Malayziyanın "Melaka Yunayted" klubunda debütü uğurlu alınıb. Matc.az xəbər verir ki, haitili hücumçu "Negeri Sembilan" ilə yoxlama matçında het-trik edib.
 
30 yaşlı futbolçu 5, 55 və 66-cı dəqiqələrdə fərqlənib. Qarşılaşma "Melaka Yunayted"in 5:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Qeyd edək ki, Norde 2019-cu ilin yayında "Zirə"yə keçmişdi. Lakin qəsəbə təmsilçisi qış fasiləsində hücumçunun müqaviləsini qarşılıqlı razılaşma əsasında pozmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest