Futbol üzrə İngiltərə Federasiya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, əksər qarşılaşmalar ilk oyun günündə baş tutub.
 
"çelsi" "Hall Siti" ilə səfər matçında çətin qələbə qazanmaqla növbəti mərhələyə vəsiqə qazanıb.
 
"Vest Bromviç", "Şeffild Uensdey", "Lester", "Norviç", "Şeffild Yunayted" və "Portsmut" da adını 1/8 finala yazdırıb. Beş qarşılaşma isə heç-heçə bitib. Bu üzdən də həmin komandalar qalibi təkrar oyunlarda müəyyənləşdirəcəklər.
 
Federasiya kubokunun son qalibi "Mançester Siti" bu mərhələdə "Fulhem"lə qarşılaşacaq. "Liverpul" isə "Bristol Siti" – "Şrusberi Taun" cütünün qalibi ilə qarşılaşacaq.
 
Bu gün daha üç görüş baş tutub. "Mançester Siti" "Fulhem"i, "Mançester Yunayted" isə "Tranmir"i darmadağın etməklə növbəti mərhələyə yüksəlib. Səfərdə "Şrusberi Taun"la qarşılaşan "Liverpul" isə 2:0 öndə olduğu qarşılaşmanın son dəqiqələrində buraxdığı qollarla heç-heçəyə razılaşıb. Bu üzdən də Yurgen Kloppun yetirmələri növbəti mərhələyə yüksəlmək üçün bu rəqiblə təkrar oyun keçirməli olacaq.
 
Son gündə "Arsenal" səfərdə "Bornmut"a qalib gələrək adını növbəti mərhələyə yazdırıb.
 
İngiltərə Federasiya kuboku
1/16 final
25 yanvar
 
Northempton – Derbi Kaunti 0:0
KPR – Şeffild Uensdey 1:2
Brentford – Lester 0:1
Bernli – Norviç 1:2
Koventri – Birmingem 0:0
Milluoll – Şeffild Yunayted 0:2
Nyukasl – Okford Yunayted 0:0
Portsmut – Barnsli 4:2
Ridinq – Kardiff Siti 1:1
Sauthempton – Tottenhem 1:1
Vest Hem – Vest Bromviç 0:1
Hall Siti – çelsi 1:2
 
26 yanvar
 
Mançester Siti – Fulhem 4:0
Tranmir – Mançester Yunayted 0:6
Şrusberi Taun – Liverpul 2:2
 
27 yanvar
 
Bornmut – Arsenal 1:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest