"Onlarla yanaşı, Rizzuto Kalogero və Dmitri Nazarov kimi texnikalı oyunçularımız var. Düşünürəm ki, çempionatda yaxşı nətəci qazanmağa layiq oyunçu qrupuna sahibik"

"Umümi hazırlığın gedişatından razıyam. Yoxlama oyunlarında qalib gəlmək önəmlidir. Ancaq biz yalnız nəticəyə baxmalı deyilik. Mümkün qədər komandanın fiziki hazırlığını yüksəltməliyik".

Matc.az xəbər verir ki, bu sözləri millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge"nin baş məşqçisi Dirk Şuster təlim-məşq toplanışını klub kanalına dəyərləndirərkən deyib. Almaniyalı mütəxəssis Azərbaycan yığmasının üzvü Nazarov barəsində də danışıb:

"İstədiyimiz oyunu göstərmək üçün yaxşı oyunçularımız var. Heyətimizdə olan Kempe Deniss, Qonther Soren  çox sürətli futbolçulardır. Onlarla yanaşı, Rizzuto Kalogero və Dmitri Nazarov kimi texnikalı oyunçularımız var. Düşünürəm ki, çempionatda yaxşı nətəci qazanmağa layiq oyunçu qrupuna sahibik".

Qeyd edək ki, II Bundesliqa təmsilçisi hazırda turnir cədvəlində 29 xalla 5-ci pillədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest