NBA-nın və "Los Ancels Leykers"ın əfsanə basketbolçulardan olan Kobe Bryant dünən helikopter qəzasında faciəvi şəkildə dünyasını dəyişib. Matc.az xəbər verir ki, əfsanəvi basketbolçunun ölümündən sonra bir çox məşhurlar onun haqda təsirli paylaşımlar ediblər. 

Onlardan bir neçəsini diqqətinizə çatdırırıq:

Lebron Ceyms: "Onunla ən yaxşı xatirələrim Qərb Konfransı finallarında təpədə topu alması ilə bağlıdır. Kobe mənim ilham qaynağım idi".

Hidayət Türkoğlu (Türkiyə Basketbol Federasiyanın prezidenti): "Buna inanmaq çox çətindir. Hüzur içində yat, qardaşım".

Magic Cohnson ("Los Anceles Leykers"ın əfsanəvi basketbolçusu): "Kobesiz şəhərimiz və basketbolumuz əsla eyni olmayacaq. Biz sənin və ailən üçün dua edirik. Heç vaxt səni unutmayacağıq".

Karl Malone (2003-2004-cü illərdə "Leykers"in heyətində yer almış əfsanəvi bsketbolçu): "Əsla unutmayacağıq. Bu dünyadakı təsirini görmək böyük bir lütf idi. Hüzur içində yat, qardaşım".

Mehmet Okur (Türkiyə millisinin sabiq üzvü): "Hüzur içində yat, qardaş"

Neymar: "Oyunun fasiləsində sənin ölüm xəbərini oxudum. Bu, idman dünyası üçün çox acı bir xəbərdir. Onu tanıyırdım. Qoldan sonrakı sevincim də ona görə idi".

Cedi Osman: "Deməyə söz tapmıram. Hüzur içində yat"

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest