Futbol üzrə İran çempionatında 17-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor"la "Maşinsazi" də növbəti matçına çıxıb.
 
"Traktorçular" səfərdə "Persepolis"lə qarşılaşıb və məğlubiyyətlə üzləşiblər - 0:2.
 
Təbrizin digər təmsilçisi "Maşinsazi" isə doğma meydanda "Sepahan"la üz-üzə gəlib. Bu oyun heç-heçə başa çatıb - 0:0.
 
"Traktor" hazırda 30 xalla 16 kollektiv arasında 3-cü, "Maşinsazi" isə 23 xalla 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest