"Bavariya" Almaniya Bundesliqasının 19-cu turu çərçivəsində "Şalke"yə 5:0 hesabı ilə qalib gəlib. Matc.az Almaniya mətbuatına istinadən xəbər ki, Münhen klubu cari mövsümdə vurduğu qolların sayını 55-ə çatdırıb.
 
Bu, həm cari mövsümün, həm də son 34 ilin ən yaxşı nəticəsidi.
 
Bu, 1985-86 mövsümündə 19 tur ərzində 57 qol vuran "Verder"dən sonra ən yaxşı nəticə olub.
 
Cari mövsümdə Bundesliqada keçirdiyi 19 turdan sonra 39 xal toplayan "Bavariya" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider "Lepytsiq"dən 1 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest