İspaniya La Liqasının 21-ci turu çərçivəsində "Valyadolid"lə qarşılaşacaq "Real" bu oyuna itkilərlə çıxacaq. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "kral klubu" bu qarşılaşmada Eden Hazard, Qaret Beyl və Dani Karvahalın xidmətindən istifadə edə bilməyəcək.
 
Əvəzində komandanın son iki oyununu buraxan müdafiəçi Serxio Ramos zədəsini sağaldaraq, heyətə qayıdıb. O, bu oyunda meydana çıxa biləcək.
 
"Valyadolid" – "Real" oyununa bu gün saat 00:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest