Bolqarıstanın "Botev" klubunun futbolçusu Valeri Bojinovun Azərbaycanda oynayacağı yenidən gündəmə gəlib. Matç.az saytı xəbər verir ki, zəngin legioner karyerasına malik hücumçu bu ilin qışında ölkə xaricindən aldığı təklifləri dəyərləndirmək fikrindədi.

Ona Qazaxıstan, Azərbaycan və Rusiyadan maraq olduğu bildirilir. İki il əvvəl "Qəbələ"yə keçməyə yaxın olan, lakin transferi baş tutmayan hücumçunun bu dəfə hansı klubumuzun maraq dairəsində olduğu açıqlanmır.

Qeyd edək ki, Bolqarıstan millisində 43 oyuna 6 qol vuran Bojinov İtaliyada "Leççe", "Fiorentina", "Parma", "Yuventus", "Viçentsa", İngiltərədə "Mançester Siti", Portuqaliyada "Sportinq", Xorvatiyada "Riyeka", Serbiyada "Partizan", Bolqarıstanda "Levski", İsveçrədə "Lozanna", çində "Mayçjou Haka" klublarının da formasını geyinib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest