Müqavilə ilə Madrid “Real”ına məxsus olan, icarə əsasında İngiltərənin “Vulverhempton” klubunda çıxış edən Xesus Valyexo İspaniyaya qayıdıb. Matc.az xəbər verir ki, 23 yaşlı müdafiəçi “Qranada”ya icarəyə verilib.
 
Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Valyexo mövsümün sonuna kimi “Qranada”nın formasını geyinəcək.
 
Valyexo 2019-cu ilin yayında “Vulverhempton”a icarəyə verilmişdi. İspan müdafiəçi bu mövsüm “canavarlar”la 7 oyuna çıxıb.
 
Xesus 2015-ci ildən “Real”dadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest