“Almaniya Bundesliqasının 19-cu turunda “Borussiya” “Köln”lə qarşılaşıb. Matc.az xəbər verir ki, Dortmund təmsilçisinin yeni transferi Erlinq Holand bu oyunda dubl edib. 

19 yaşlı futbolçu Almaniya çempionatında çıxdığı iki oyunda 5 qol vurub. O, Bundesliqa tarixində bu uğura imza atan ilk oyunçu olub. Görüş "Borussiya"nın 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Holand yanvar ayında “Salzburq”dan 20 miyon avro qarşılığında “Borussiya”ya keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest