“Keşlə” Antalyada sonuncu yoxlama matçında da  qalib gələ bilməyib. Matc.az xəbər verir ki, təmsilçimiz Slovakiyanın “Zemplin” komandası ilə heç-heçə edib -1:1.

Görüşün ardından rəqib komandanın baş məşqçisi Yozef Mayoroş qarşılaşmanı klubun rəsmi saytına dəyərləndirib:

“İlk hissədə hər iki tərəfin şansı az oldu. Ancaq buna baxmayaraq hesabda geriyə düşdük. Müəyyən dəyişiklərdən sonra hesabı bərabərləşdirə bildik. Bu oyunda 4 oyunçumuzu ilk dəfə sınadıq. İkinci hissədəki oyundan məmnun qaldım. Demək olar ki, rəqibə şans vermədik. Təəssüf ki, bu qədər şansdan yetərincə istifadə edə bilmədik. Ancaq yaxşı oyun oldu. Rəqib çox aqressiv oynayırdı. Bəzi səhvlərimizi gördük. Çalışacağıq onları düzəldək”.

Qeyd edək ki,  “Keşlə”bundan öncəki yoxlama oyunlarında  Almaniyanın “Zvikau” klubuna 1:4, Rusiya “Arsenal”ına 1:2 hesabı ilə uduzub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest