İtaliyanın "Yuventus" klubu ciddi itkiylə üzləşib. Matc.az xəbər verir ki, Turin təmsilçisinin müdafiəçisi Danilo sıradan çıxıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
İtaliya kubokunun 1/4 final mərhələsinin "Roma" ilə keçirilən matçında (3:1) zədələnən braziliyalı futbolçu, iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
 
Bu mövsüm A Seriyasında 10 oyuna çıxan Danilo, bir qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest