Fransa Liqa 1-də dekabr ayının ən yaxşı futbolçusu məlum olub. Matc.az xəbər verir ki, bu, "Monako"nun hücumçusu Vissam Ben Yedderdi.
 
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
 
Ben Yedder dekabrda Liqa 1-də iştirak etdiyi 4 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu həm də, 14 qolla çempionatın bombardiridi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest