Bir dönəm "Qalatasaray"da forma geyinən Milan Baroş yenidən Türkiyəyə gəlir. Matc a.z xəbər verir ki, çexiyalı futbolçu "Bursaspor"un maraq dairəsinə düşüb.

Karyerasını "Banik Ostrava"da davam etdirən 38 yaşlı futbolçu ilə maraqlanan Bursa təmsilçisi artıq oyunçu ilə danışıqlara başlayıb. Baroşun da yenidən Türkiyəyə qayıtmağa müsbət yanaşdığı qeyd edilib.

Qeyd edək ki, Milan Baroş 2005-ci ildə "Liverpul"un heyətində çempionlar Liqasını qazanıb. O, 2008-2013 cü illərdə "Qalatasaray"da çıxış edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest