"Neftçi"nin braziliyalı futbolçusu Dario Frederiko karyerasını ölkəsində davam etdirə bilər. Matc.az Braziliya mətbuatına istinadən xəbər verir ki, ikinci liqa təmsilçisi "Botafoqo SP" komandası oyunçunu heyətinə qatmaq niyyətindədir.

Xəbərdə bildirilir ki, B Seriyası təmsilçisi oyunçu ilə danışıqlar aparmağa hazırlaşır. Braziliya komandası Darioaya 1,5 illik müqavilə təklif edəcək.

Qeyd edək ki, Frederiko hazırda "Neftçi"nin əvəzedici heyəti ilə məşq edir. Futbolçu komanda ilə Antalyada keçirilən təlim-məşq toplanışına da aparılmamışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest