"İnter"in hücumçusu Romelo Lukaku İtaliya mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, belçikalı futbolçu İtaliyadakı məşqlərin çətinliyindən danışıb.

"Premyer liqa fiziki cəhətdən çətindir deyirik,  ancaq mən "İnter"dəki qədər heç yerdə məşq etməmişəm. Konte hər an bizimlə bir yerdədir. çL-də "Slavia"ya qarşı çox pis oynamışdım. Konte mənə dedi ki, bir də belə oynasan, səni 5 dəqiqə sonra əvəzləyəcəm. Sonra isə "Milan"a qarşı yaxşı oyun keçirdim. Onun etimadını zədələsəm də, mənə şans verdi. O, hamıya qarşı eyni məsafədə dayanır"- deyə, Romelo bildirib.

Qeyd edək ki, Lukaku mövsümün əvvəlində "Mançester Yunayted"dən "İnter"ə keçib

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest