Millətlər Liqasında C Liqasının 4-cü qrupunda yer alan Litva yığması növbəti oyununu keçirib. Matç.az saytının məlumatına görə, Edqaras Yankauskasın yetirmələri Rumıniya ilə səfərdə qarşılaşıb.

Doğma azarkeşləri önündə 3:0 hesablı qələbə qazanan rumınlar qrup birinciliyi şansını son tura qədər qoruyub. Litva millisinə çağırılan müdafiəçi Edvinas Girdvainis matçı əvəz edilmədən keçirib. 25 yaşlı mərkəz müdafiəçisi 78-ci dəqiqədə sarı vərəqə ilə fərqlənib.

İlk 5 turda xal qazanan bilməyən Litvanın D Liqasına düşəcəyi dəqiqdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest