PSJ futbol üzrə Fransa kubokunun yarımfinalında "Reyms"i məğlub edib. Matc.az xəbər verir ki, 3:0 hesabıyla bitən görüş Paris təmsilçisinin futbolçusu Tanqu Kuassi üçün əlamətdar olub. 
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Reyms"lə matçda Kuassinin vurduğu qol PSJ-nin tarixində 4000-ci olub. 
 
PSJ-nin yetirməsi olan 17 yaşlı müdafiəçi, həm də, əsas komandanın heyətində ilk qoluna imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest