"Bernli" klubu İngiltərə Premyer Liqasının 24-cü turunda səfərdə "Mançester Yunayted"i məğlub edib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 2:0 hesabıyla qələbə qazanan "Bernli" tarixi uğura imza atıb.
 
Belə ki, Lankaşir təmsilçisi 99 il sonra ilk dəfə "Mançester Yunayted"i səfərdə məğlub etməyi bacarıb.
 
1962-ci ildən "Old Traffod"da qalib gələ bilməyən "Bernli", ümumilikdə "qırmızı şeytanlar"ı səfərdə sonuncu dəfə 1921-ci ildə udub.
 
Şon Dayçın rəhbərlik etdiyi "Bernli" hazırda Premyer Liqada 13-cü sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest