Mərakeş əsilli futbolçu Yunis Abdelhamid Fransa mətbuatına açıqlama verib. Matc.az xəbər verir ki, fransalı futbolçu "Qarabağ"dan təklif aldığını etiraf edib.

"Bəli, "Qarabağ"dan təklif almışdım. Ancaq ora getməyə tərəddüd etdim. Davamlı oynaya  biləcəyim yerə getmək istəyirdim. Onun üçün "Reyms"i seçdim" – deyə, Abdelhamid bildirib.

Qeyd edək ki, o, bu mövsüm Fransa çempionatında 20 oyuna bir qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest