Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində  davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətinə daha bir futbolçu dəvət edilib. Matc.az xəbər verir ki,  "Qarabağ"  klubunun üzvü Qurban Məhərrəmov U-19-un hazırlığına qoşulub.
 
Qeyd edək ki, U-19 bu gün yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00-da) "Alanyaspor" klubunun müvafiq yaş qrupuna aid komandası ilə yoxlama oyunu keçirəcək.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest