"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngilətərdəki sıx oyun qrafikini bir daha tənqid edib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu qarfik oyunçuların daha tez zədələnməsinə səbəb olduğunu söyləyib.

"Markos Raşford və Heri Keyn bu liqanın ən yaxşı oyunçularıdır. Ancaq onlar zədə səbəbindən oynaya bilmirlər. Bu, mənim üçün təəccüblü deyil. çünki bu qədər sıx oyun qarfikində belə hallar qaçınılmazdır. Oyunların sayını azaltmaq lazımdır. Oyun sayı azalsa, səviyyə də yüksələr.  Bunu bütün məşqçilər desə də, dinləyən yoxdu. Futbolçular da insandır və onlar yorulurlar. Əgər çempionatdan əlavə başqa bir turnir keçirmək istəyirlərsə, o zaman ili 400 gün eləsinlər" – deyə, Pep bildirib.

Qeyd edək ki, "şəhərlilər" dünən axşam "Şeffild Yunayted"i səfərdə 0:1 hesabı ilə məğlub edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest