"Vilyarreal"ın hücumçusu Karl Toko Ekambi karyerasını Fransada davam etdirəcək. Matc.az xəbər verir ki, 27 yaşlı hücumçu Fransanın "Olimpik" (Lion) klubuna keçib.
 
Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Ekambi mövsümün sonuna qədər icarə əsasında Lion klubunun formasını geyinəcək.
 
Liqa 1 təmsilçisi 2020-ci ilin yayında 11,5 milyon avro ödəməklə Ekambinin transfer hüquqlarına sahib ola bilər.
 
Kamerun milli komandasının üzvü olan Ekambi, bu mövsüm "Vilyarreal"la La Liqada 18 oyunda 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest