Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatı sona yaxınlaşır. Matç.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, altıncı yarış günündə sərbəst güləş üzrə yığmamızın son 4 üzvü xalça üzərinə çıxıb.

Ruslan Qasımov təsnifat mərhələsində özbək həmkarına çətinliklə də olsa, qalib gəlib. Ancaq 1/8 finalda çin idmançısıyla bacarmayıb. 


İsmayıl Abdullayev əvvəlcə qırğız rəqibini məğlub edib. Ancaq yerli güləşçiylə görüşdə hesab 2:2 olarkən zədələnən Abdullayev yarışdan çəkilmək məcburiyyətində qalıb. Rəqib finala yüksəldiyindən İsmayıl üçün bürünc medal qazanmaq imkanı yaranıb. Ancaq zədələndiyi üçün təmsilçimizin noyabrın 18-də təsəlliverici görüşə çıxıb-çıxmayacağı bilinmir.
Murad Süleymanov mundiala erməni güləşçisi üzərindəki qələbəylə başlayıb. Murad daha sonra gücünü belaruslu pəhləvana göstərib və yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya nümayəndəsinə uduzub. Həmyerlimiz noyabrın 18-də bürünc medal görüşünə çıxacaq.

Şamil Zubairov debütdə erməni güləşçiyə heç bir şans verməyib. Yığmamızın üzvü növbəti mərhələdə Qazaxıstan təmsilçisi qarşısında da çətinlik çəkməyib. Şamil Hindistan idmançısını da yenərək adını yarımfinala yazdırıb. Ukraynalı güləşçiylə qarşılaşma dramatik keçib. Sona 6 saniyə qalmış həlledici xalı qazanan Zubairov minimal fərqlə qalib gəlib. Yığma üzvü noyabrın 18-də finalda mübarizə aparacaq.

61 kq
1/8 final - Ruslan Qasımov - Minqu Liu (CHN) 2:6
Təsnifat - Ruslan Qasımov - Firdavs Yaraşev (UZB) 3:2

74 kq
Təsəlliverici görüş - İsmayıl Abdullayev - Navid Morad Zanqaneh (İRİ)
1/4 final - İsmayıl Abdullayev - Maksim Vasilioqlo (ROU) -:+
1/8 final - İsmayıl Abdullayev - Bekzan Dambulov (KGZ) 6:3

86 kq
Bürünc medal görüşü - Murad Süleymanov
1/2 final - Murad Süleymanov - Artur Nayfonov (RUS) 4:14
1/4 final - Murad Süleymanov - Raman çitadze (BLR) 3:1
1/8 final - Murad Süleymanov - Hovannes Mxitaryan (ARM) 10:7

92 kq
Final - Şamil Zubairov - Aslanbek Sotiev (RUS)
1/2 final - Şamil Zubairov - Boqdan Xritsay (UKR)
1/4 final - Şamil Zubairov - Sunil Kumar (İND) 10:4
1/8 final - Şamil Zubairov - İlişkan çilayev (KAZ) 10:0
Təsnifat - Şamil Zubairov - Sarqis Hovsepyan (ARM) 11:4

Bir gün əvvəl finala yüksələn Əli Rəhimzadənin qızıl medal uğrunda mübarizəsi də baş tutub. Əlinin Yaponiya idmançısı ilə final qarşılaşması olduqca gərgin mübarizə şəraitində keçib. Sonda sevinən yapon güləşçi olub və Rəhimzadə gümüş medalı boynundan asıb. 

65 kq
FİNAL - Əli Rəhimzadə - Rey Hiquçi (JPN) 4:5
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest