18-ci dəqiqədə vurulan top öncə həm UEFA, həm AFFA-nın saytında Dmitri Nazarovun hesabına yazılıb. Lakin sonradan düzəliş edən qitə futbol qurumu bu qolu avtoqol kimi hesaba alıb.

Millətlər Liqasının V turunun Azərbaycan – Farer adaları oyununun protokolunda düzəliş edilib. Matç.az saytı xəbər verir ki, UEFA Bakı Olimpiya Stadionundakı qarşılaşmanın ilk qolunun müəllifini dəyişib.

18-ci dəqiqədə vurulan top öncə həm UEFA, həm AFFA-nın saytında Dmitri Nazarovun hesabına yazılıb. Lakin sonradan düzəliş edən qitə futbol qurumu bu qolu avtoqol kimi hesaba alıb.

Nəticədə Nazarovun hesabından silinən top, Raqnar Nattestadın passivinə yazılıb.

Qeyd edək ki, millimiz bu görüşdə 2:0 hesabı ilə qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest