Antalyada təlim-məşq toplanışında olan "Səbail" bu gün növbəti yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın "Voluntari" klubu ilə qarşılaşıb.

Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürüb. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
 
Qeyd edək ki, "Səbail" bundan əvvəl Qazaxıstan "Jetısu"na 0:1, Ukrayna "Olimpik"inə isə 1:3 hesabı ilə uduzmuşdu.
 
Yoxlama oyunu
21 yanvar
 

"Səbail" – "Voluntari" 2:2
Qol: Ruslan Hacıyev, 21. Mirsayib Abbasov, 90.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest