Martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olacaq Azərbaycan millisinin daha bir rəqibi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, komandamız Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirəcək. Görüş martın 26-da Bakı vaxtı ilə saat  19:00-da başlayacaq.
 
Xatırladaq ki, komandamız toplanış zamanı növbəti yoldaşlıq oyununda Malta yığması ilə qarşılaşacaq. Martın 30-da keçiriləcək görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest