"Tottenhem"in baş məşqçisi Joze Mourinyo komandanın müdafiəçisi Denni Rouz ilə problem yaşayıb. Matc.az xəbər verir ki, buna səbəb futbolçunun İngiltərə kubokunun "Middlsbro" ilə ikinci görüşündə oynamaması olub.

Deni Rouz portuqaliyalı mütəxssisdən onu niyə oynatmadığını soruşub. Bundan sonra tərəflər arasında söz davası olub. Hətta digər oyunçular da komanda yoldaşlarının bu cür davranmasına narazılıq ediblər.

Xatırladaq ki, Mourinyo bir dəfə də Pol Poqba ilə belə problem yaşamışdı.

Qeyd edək ki, görüş qolsuz heç-heçə ilə bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest