"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger komandanın köhnə stadionu olan "Hayberi"nin sökülməsinə təəssüflənir. Matc az xəbər verir ki, fransalı mütəxəssis ora ilə bərabər komandanın ruhunun da getdiyini düşünür.

"Açığı, o stadionun sökülməsinə çox heyfislənirəm. Biz orada möhtəşəm  ab-hava və bir komanda ruhu yaratmışdıq. Əsl "Enfild"ə bənzəyirdi. Onu bir daha yarada bilməcəyik. Təəsssüflər olsun ki,  yenidən yarada bilmədiyimiz bu kiçik detallar komanda ruhunun bərpa olmasına mane olur. Məncə, "Arsenal" öz ruhunu "Hayberi"də qoydu"

Qeyd edək ki, "Arsenal"ın ev oyunlarını keçirdiyi "Hayberi" 2006-cı ildə sökülüb. London təmsilçisi bundan sonra ev oyunlarını  "Emireyts" stadionunda oynayır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest