Premyer Liqada sonuncu sırada gedən "Səbail"in işi təlim-məşq toplanışında da yaxşı getmir. "Dənizçilər" Antalyada keçirdiyi iki yoxlama matçından da meydandan məğlub ayrılıblar.  

Komandanın oyunçusu Urfan Abbasov "Səbail"in hazırlığını Matc.az-a dəyərləndirib:

"Hazırlıq umumən yaxşı gedir. Məşqlərimiz də qaydasındadır. Yoxlama oyunlarında qalib gəlməyi biz də istəyirik. Ancaq hələlik heyətimiz tam formalaşmayıb. Bəzi baxışa gələn oyunçularımız var. Əlimizdən gələni etməyə çalışırıq. Qarşıdakı görüşlərdə daha yaxşı çıxışlar etməyə çalışacağıq. Düzdür, o qədər də geniş heyətimiz yoxdur. Ancaq Rauf Əliyev də artıq bizə qoşulub. Hazırda yeni oyunçular axtarışı da davam edir. Məncə, pis komandamız olmayacaq. Yəqin ki, qarşıdakı oyunlarda bunu daha yaxşı görəcəyik. Yəni bundan pis nə ola bilər? Hazırda sonuncu pillədəyik. Ancaq vəziyyəti yaxşılaşdırmaq üçün hər şeyi edəcəyik".

27 yaşlı oyunçu komandadan ayrılacağı barədə çıxan söhbətlərə də münasibət bildirib:

"Hazırda komandadan ayrılmağı düşünmürəm. Harasa getmək fikrim yoxdur.  Klubumla müqaviləm davam edir. Açığı, mənim üçün gələn rəsmi bir təklif də olmayıb. Ancaq ölkə xaricindən bir təklif gəlsə, o zaman getməyi düşünərəm".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest