Kike Setyen rəhbərliyindəki "Barselona" ilk matçına çıxıb. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi doğğma meydanda "Qranada"nı 1:0 hesabı ilə məğlub edib.

Oyunun ardından mətbat konfransı keçirən Setyen bunları deyib:

"Qələbə qazandığımız üçün xoşbəxtəm. Ancaq son toxunuşlarda biraz daha yaxşı olmalıyıq. Messi isə öz işindədir. Top onun ayaqlarına gələndə meydanda şəbəkə kimi çalışmalıyıq. Vaxt keçdikcə daha da yaxşı olacağımıza ümid edirəm".

Qeyd edək ki, Setyen Messinin vurduğu qolla debüt oyunundan qələbə ilə ayrılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest