İtaliyanın "Breşia" klubunda çıxış edən Mario Balotelli yenidən hədəf taxtasındır. Matc.az xəbər verir ki, buna səbəb oyunçunun son turda "Kalyari"yə qarşı keçirdiyi görüşdə meydana çıxmasından 6 dəqiqə sonra qırmızı vərqə alması olub.

İtaliyalı oyunçu görüşün 74-cü dəqiqəsən meydana daxil olsa da, 81-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub. Bunun ardından Balotelli yendən İtaliya mətbuatının hədəfinə çevrilib. Daha sonra isə təcrübəli oyunçu tənqidlərə "İnstagram" hesabından cavab verib. O, "istədiyiniz qədər məni tənqid edin, mən yenə də işimi görməyə davam edəcəm" deyə bildirib.

Qeyd edək ki, oyun 2:2 hesabı ilə sona çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest