Azərbaycan milli komandasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya"da komandadan getməli olan 5 futbolçunun adı açıqlanıb. Matc.az xəbər verir ki, Ukraynanın "football.ua" saytı müxətlif səbəblərə görə klubdan getməli olan 5 futbolçudan ibarət siyahı hazırlayıb.
 
Siyahıda Paşayevin də adı var. Ukraynalılar bunu belə əsaslandırıblar:
 
"Paşayev uzun müddətdi ki, "Aleksandriya"dadı, amma komandadakı vaxtı getdikcə başa çatır. Müdafiəçi Avropa Liqasında etibarlı oynamadı və Ukrayna çempionatında yaxşı oyunlarla arabir yadda qaldı".
 
32 yaşlı milli üzvü 2017-ci ildən "Aleksandriya"nın şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest