I Divizionda mövsümün ikinci hissəsinə hazırlığı davam etdirən "Kəpəz" növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, sözügedən komanda Gəncə şəhər stadionunun süni örtüklü meydançasında I Divizionun digər təmsilçisi "Turan Tovuz" ilə qarşılaşıb. 
 
Görüş 1:1 hesabı ilə nəticələnib. Hər iki qol ikinci hissədə vurulub. Əvvəlcə "sarı-göylər" hesabı açıb. Meydana əvəzetmədən daxil olan yeni transfer Tural Qürbətov fərqlənib. Rəqib final fitinə kimi bərabərliyi yaxalayıb. Əzəmət Ələkbərli son nəticəni müəyyənləşdirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest