Futbol üzrə İspaniya La Liqasında 20-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü dörd qarşılaşma baş tutub. 
 
"Levante" evdə "Alaves"ə minimla hesabla uduzub. "Osasuna" – "Valyadolid" matçında qapılara qol vurulmayıb.
 
Turun mərkəzi görüşü Madriddə keçirilib. "Real" doğma azarkeşləri qarşısında "Sevilya" ilə münasibətlərinə aydınlıq gətirib. Madrid təmsilçisi bu görüşdən Kazemironun dublu sayəsində qalib ayrılıb. Paytaxtın digər təmsilçisi "Atletiko" isə səfərdə "Eybar"ın qonağı olub və 2 cavabsız qolla məğlub olub.
 
İspaniya La Liqası
20-ci tur
17 yanvar
 
Leqanes – Xetafe 0:3
Qol: Kabrera, 12. Nyom, 21. Mata, 33.
 
18 yanvar
 
Levante – Alaves 0:1
Qol: Vidal, 64.
 
Real – Sevilya 2:1
Qol: Kazemiro, 57; 69 – De Yonq, 64.
 
Osasuna – Valyadolid 0:0
 
Eybar – Atletiko 2:0
Qol: Burqos, 10. Espozito, 90.
 
19 yanvar
 
15:00 Malyorka – Valensiya
17:00 Betis – Real Sosyedad
19:00 Vilyarreal – Espanyol
21:30 Atletik – Selta
00:00 Barselona – Qranada

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest