Təlim-məşq toplanışını Antalyada davam etdirən "Səbail" bu gün ikinci yoxlama oyununu keçirib. "Dənizçilər" Ukraynanın "Olimpik" komandası ilə üz-üzə gəlib

Təlim-məşq toplanışını Antalyada davam etdirən "Səbail" bu gün ikinci yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, "dənizçilər" Ukraynanın "Olimpik" komandası ilə üz-üzə gəlib.

Qarşılaşma saat 18:00-da start götürüb. Essyenin də qol vurduğu matç Bakı təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.


Qeyd edək ki, "Səbail" Antalyadakı ilk sınağında Qazaxıstanın "Jetısu" komandasına 0:1 hesabıyla uduzub. Paytaxt təmsilçisi yanvarın 21-də "Voluntari" (Rumıniya), 25-də isə "Korona" (Polşa) klubları ilə də qarşılaşacaq.


Yoxlama oyunu
18 yanvar



"Səbail" – "Olimpik" (Donetsk) 1:3
Qol: Maykl Essyen, 60.
Antalya. "Miracle Resort Otel"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest