Bu gün futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin cavab oyunları çərçivəsində 4 görüş baş tutub. Matc.az xəbər verir ki, "Yurd" MFK ilk oyunda olduğu kimi, dueli yenə qalib başa vurub. 
 
İkinci Liqa təmsilçisi bu dəfə daha çox qol vurub. Növbəti oyunda "Baku Fire-2" qələbə qazanıb. İlk matçda 2:5 hesabı ilə məğlub olan Teymur Eyvazovun yetirmələri bu dəfə 6:3 hesabı ilə qalib gəlib. Amma səfərdə daha çox rəqib qapısına yol tapan "Hövsan" komandası mərhələ adlayan tərəf olub. İlk oyunda qazandığı qələbə sayəsində böyük üstünlük əldə edən "Altay" budəfədə "Zirvə Bakı"ya şans tanımadı və 10 cavasız top vurmaqla gözlənildiyi kimi, mübarizəni davam etdirən tərəf olub. Günün son oyunu kifayət qədər maraqlı keçib. İlk oyunda "Zirvə Bakı-2"nin minimalhesablı qələbəsi "Bakı Fans"ın şanslarını azaltmamışdı. Aqşin ömərov isə 2 illik cəzasını başa vurduğundan keçmiş komandasının heyətində meydana çıxmışdı. Komanda yoldaşları kapitan sarğısını da təcrübəli futzalçıya həvalə etmişdi. Qarşılıqlı qolların müşayət olunduğu oyunda cütün taleyini Məmməd Hüseynəliyevin 28-ci dəqiqədə vurduğu qol həll edib. Nəticədə cavab oyununda 2 top fərqi ilə qələbə qazanan "Baku Fans" mərhələni adlayan tərəf olub.
 
Azərbaycan kuboku
1/32 finalın cavab oyunları
17 yanvar
 
Veqa – Yurd MFK 2:9
İlk oyun: 2:6
 
Baku Fire–2 – Hövsan  6:3
İlk oyun: 2:5
 
Zirvə Bakı – Altay 0:10
İlk oyun: 2:7
 
Baku Fans – Zirvə Bakı-2  5:3
İlk oyun: 3:4
 
Mərhələnin növbəti 5 oyunu sabah, qalan 10 matçı isə yanvarın 19-da keçiriləcək. İlk oyun günündə isə "Dalğa" "Ulduz"u mübarizədən kənarlaşdırıb (6:0, 3:1).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest