Ramil Quiyev Türkiyə mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, Türkiyə vətəndaşı olan azərbaycanlı idmançı "Tokio 2020" Olimpiya Oyunlarındakı hədəfləri barədə danışıb.

"Hazırda Anatlyada hazırlıqlarımı davam etdirirəm. Bütün gücümlə olimpiyadaya köklənmişəm. Ən yaxşı nəticəni qazanacağıma inanıram. Olimpiyadadan sonra Avropa çempionatı var. Orada da yaxşı nəticə qazanmalıyam. Olimpiya oyunları idmançılar və ölkələr üçün böyük reklamdır. Burada medal qazanmaq üçün hər şeyimi verməliyəm. Dünyada Olimpiyada finalı qədər dəyərli bir yarış yoxdur. Dörd ildən bir keçirilən bu turnirə karyeranız ərzində bir və ya iki dəfə qatıla bilərsiniz. Bəlkə də bu turnirə sonuncu dəfədir qatılıram. Onun görə performansımla yanaşı psixoloji də hazır olmalıyam.  Ancaq onu deyim ki, əgər qalib gəlsəm, əsgər salamı verəcəm".

Qeyd edək ki, Quliyev bir müddətdir ayağınd aolan zədəsi səbəbindən məşq edə bilmirdi. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest