"İnter" Kristian Erikseni heyətinə qatmaqda israr edir. Matc.az xəbər verir ki, milanlılar ilk öncə 27 yaşlı oyunçu üçün "Tottenhem"ə 10 milyon avro təklif etsə də, hazırda bu rəqəmi 18 milyona qaldırıb.

London təmsilçisi daha öncə futbolçu üçün "İnter"dən 20 milyon avro tələb etmişdi. Ancaq İtaliya mətbuatı artıq tərəflərin razılaşmağa yaxın olduğunu bildirib.

Qeyd edək ki, Kristian Eriksenin "Tottenhem"lə olan müqaviləsi mövsümün sonunda bitir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest