"Azərbaycan yığması ilə bizim ilk matçımızdı. Kifayət qədər yaxşı komandamız var". Matç.az saytı xəbər verir ki, bunu Bosniya və Herseqovinanın U-21 komandasının futbolçusu Vladan Kovaçeviç deyib.

"Sarayevo" klubunun gənc qapıçısı Azərbaycan millisi ilə noyabrın 19-da keçiriləcək yoldaşlıq oyunu barədə fikirlərini açıqlayıb: "Futbolçularımızın hamısı öz klublarında heyətə düşə bilir. Bu da hər birimizin yaxşı formada olması deməkdi. Hesab edirəm ki, Azərbaycanla qarşılaşmada problemimiz olmayacaq. Biz bu görüşdə qalib gələcəyik".

Qeyd edək ki, noyabrın 19-da keçiriləcək Bosniya və Herseqovina – Azərbaycan matçı Zenitsa şəhərində baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest