Misir millisinin və İngiltərə "Liverpul"unun futbolçusu Məhəmməd Salah maraqlı hadisənin iştirakçısı kimi diqqət mərkəzinə düşüb. Matç.az saytı xəbər verir ki, buna Afrika Millətlər Kubokunun seçmə mərhələsinin Tunislə oyunu zamanı yeniyetmə qızın qaldırdığı pankart səbəb olub.

Balaca qız Salahdan qol vurmasını qeyri-adi şəkildə xahiş edib: "Salah, xahiş edirəm, qol vur. Mən evə istəyirəm. Hələ mən ev tapşırığını eləməliyəm".

Misirli hücumçu pərəstişkarının sözünü yerə salmayaraq qol vurub. O, 90-cı dəqiqədə komandasına 3:2 hesablı qələbə qazandıran topun müəllifi olub.

Oyundan sonra Salah öz twitter səhifəsində azarkeşdən gec qol vurduğu üçün üzr istəyib: "Mən çox çalışdım ki, səni evə tez buraxım. Bağışla ki, səni son dəqiqəyədək stadionda saxladım. ümid edirəm ki, sənin müəllimin vəziyyətə anlayışla yanaşacaq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest