Qazaxıstanın "Ordabası" klubunu çalışdıran Kaxaber Tsxadadze ölkə mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, gürcüstanlı mütəxəssis müsahibəsində vaxtı ilə ölkəmizdə çalışdırdığı "İnter" (hazırkı "Keşlə") barəsində də danışıb.

"Altı il Azərbaycanda çalışdım. Bu komanda ilə hər şeyi qazandıq. Hər il Avropa Liqasında oynayırdıq. Əgər bir yerdə iş düzgün getsə, nəticə mütləq olacaq. İlk dəfə "Ordabası"ya gələndə klub çox pis durumda idi. Klub rəhbəri və  məşqçilər heyəti olaraq əlmizdən gələn hər şeyi etdik. Futbolçular 6- ay pul almasalar da, işlərini gördülər. Onlar əsl qəhrəmandılar" - deyə, Tsxadadze bildirib.

Qeyd edək ki, Tsxadadze ölkəmizdə "İnter" klubunu çalışdırıb. Təcrübəli mütəxəssis paytaxt təmsilçisi ilə iki dəfə  çempionluq yaşayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest